Sizdə bu əlamətlər varsa, iş yerinizi dəyişin



 

Uzun müddətdir işinizlə bağlı hər hansı problemlə rastlaşır və bunun stressindən qurtula bilmirsinizsə, o zaman iş yerinizi dəyişməyin vaxtıdır.

"Qafqazinfo" iş yerini dəyişməli olduğunuz əlamətləri təqdim edir: 

İşiniz sizi xəstə etməyə başlayıbsa 

Psixologiya çox qəribə sahədir. İstədiyiniz qədər özünüzü məcbur etsəniz də, beyniniz bir müddət sonra sevmədiyiniz işə qarşı fiziki olaraq sizi yormağa başlayacaq. Stress də daxil olmaqla, uzun müddət hər hansı xəstəlikdən sağala bilmirsinizsə, tez-tez həkimə getmək üçün icazə alırsınızsa, çox uzatmayıb səhhətiniz üçün iş yerinizi dəyişməlisiniz. 

Perspektiv sizə xəyal kimi görünürsə

Hamımızın olmasa da, çoxumuzun məqsədi işlədiyimiz yerdə daim yüksəlməkdir. Bunun üçün gecəni gündüzümüzə qatır və bacardığımızdan artığını görməyə çalışırıq. Ancaq nə zaman ki işinizdə heç bir yüksəliş şansı görməyəcəksiniz, uzun müddət eyni mövqedə qalacaqsınız, o zaman dəyişiklik haqqında düşünməlisiniz. 

İşə olan həvəsinizi itirmisinizsə

Xüsusilə yaradıcılıq və əzmkarlıq tələb edən işdə işləyirsinizsə, həvəs çox önəmlidir. Gördüyünüz işdən zövq aldıqda daha yaxşı nəticələr ortaya qoya və karyeranızda irəliləyə bilərsiniz. Ancaq bu həvəsin azaldığını və hətta itdiyini görürsünüzə, iş yerinizi dəyişməyin əsl vaxtıdır. Çünki həvəs olmasa, yaradıcı ola bilməzsiniz. Bu isə sizi xoşbəxt etməyəcək. Xoşbəxt olmadıqda isə uğursuzluqlarınız başlayacaq. 

Beyninizdə daim fərqli işi görmək fikri dolanırsa

Sadəcə işlədiyiniz yerdən deyil, peşənizdən də bezə bilərsiniz. Əgər ağlınızdan başqa iş keçirsə və özünüzü hər zaman o işi görərkən xəyal edirsinizsə, bu zaman çalışdığınız yeri tərk etməlisiniz. Bu dəyişiklikdən çəkinməyin və qarşınıza çıxan fürsətləri dəyərləndirin.