Paşinyan: "Ermənistan Azərbaycandan qaz tədarük edə bilər"



 

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan gələcəkdə qazı Azərbaycandan ala bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Ümumdünya Erməni Sammitində bildirib.

"Ermənistanın ərazisindən Naxçıvana və ya Türkiyəyə yönələn tranzit qaz kəmərinin olması variantını da qiymətləndirmək lazımdır”, deyə Nikol Paşinyan.

Paşinyan qeyd edib ki, dünyada energetika üzrə müstəqillik yoxdur.

"Enerji cəhətdən təhlükəsiz ölkə yoxdur. Söhbət yalnız enerji diversifikasiyadan gedə bilər", - o, əlavə edib.