Elxan Məmmədov FIFA-da yeni vəzifəyə təyin olunub



 

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.

SeherXeber.org qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, O, FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib.

AFFA-nın sabiq icraçı vitse-prezidentinin müavini isə İsveçrə millisinin sabiq yarımmüdafiəçisi Jelson Fernandeş olub.

Qeyd edək ki, E.Məmmədov noyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.