İsrail Hizbullah liderinin çağırışından faydalanıbmış - ŞOK DETALLAR



 

İki gündür ki, Livanda peycer və radioqurğular vasitəsilə həyata keçirilən terror aktları dünya mediası və ictimaiyyətində ciddi rezonansa səbəb olub.

SeherXeber.org xəbər verir ki, “New York Times” (NYT) qəzeti İsrailin iki gündür, Livanda həyata keçirdiyi ölümcül hücumların pərdəarxası haqda yazıb. Qəzetin yazdığına görə, plan əslində çoxdan işə salınıb.

Nəşrin yazdığına görə, sentyabrın 18-də Livanda partlayan rabitə radioqurğular setyabrın 17-də partlayan peycerlərdən təxminən üç dəfə böyük və ağır olub. Partlayan qurğuların bəziləri yanğınlara səbəb olsa da, radioqurğulara yerləşdirilən partlayıcıların miqdarının digərlərindən daha çox ola biləcəyi qeyd edilir.

NYT İsrailin ölümcül hücumlarını "müasir dövrün Troya atı” kimi qiymətləndirib. Qəzetin iddiasına görə, Hizbullah lideri Nəsrullah İsrailin istifadə etdiyi yüksək texnologiyadan fərqli olaraq, uzun illərdir ki, Hizbullaha peycerlərə sərmayə qoyması üçün təzyiq edib.  Çünki bu cihazlar məhdud imkanlarına baxmayaraq, istifadəçinin yerini və ya digər riskli məlumatları vermədən məlumatları qəbul edə bilir.

İsrailin agentlərini tapmaq üçün mobil telefon şəbəkələrindən istifadə etməsindən narahat olan Nəsrullah fevral ayında televiziyada çıxışı zamanı izləyicilərinə “məndən agentin harada olduğunu soruşursunuz. Sizə deyirəm ki, əlinizdəki, arvadınızın, övladlarınızın əlindəki telefon casusdur” deyərək “Onları basdırın, dəmir qutuya qoyun, bağlayın" xahişini etmişdi.

İsrail bu fürsəti əldən vermədi və Hizbullahı hədəfə almaq üçün peycer şirkəti qurmaq planını işə saldı.

Dünəndən müzakirələrin mərkəzində Tayvan şirkəti “Gold Apollo” adından cihazların istehsalı üçün müqavilə imzalayan Macarıstanda yerləşən “BAC Consulting” dayanır. 

Əməliyyatla bağlı məlumat verən üç kəşfiyyatçının sözlərinə görə, bu da İsrailin oyununun bir hissəsi olub. Peycerləri hazırlayan şəxslərin əsl kimliklərini gizlətmək üçün ən azı daha iki saxta şirkət yaradılıb. Bu zaman BAC adi müştəriləri götürdü və onlar üçün bir sıra film üçün peycerlər istehsal etdi. Ancaq həqiqətən vacib olan yeganə müştəri Hizbullah idi.

Kəşfiyyat rəsmisinin sözlərinə görə, fərdi şəkildə hazırlanmış radioqurğularda partlayıcı PETN olan batareyalar olub. Peycerlər 2022-ci ilin yayında az sayda Livana göndərilməyə başladı, lakin Nəsrullahın mobil telefon zəngindən sonra onların istifadəsi geniş yayıldı.

Mənbələr qəzetə bildiriblər ki, İsrail texnologiyanı inkişaf etdirmək üçün milyonlarla dollar sərmayə qoydu və Hizbullah ilə müttəfiqləri arasında mobil telefon rabitəsinin artıq etibarlı olmadığı barədə şayiələrini yayıb. Bu söz-söhbətlərdən sonra Nəsrullah nəinki mobil telefonları qadağan etdi, hətta Hizbullah zabitlərinə hər zaman peycer gəzdirməyi və müharibə vəziyyətində peycerlərdən istifadə etməyi əmr edib.

İki Amerika kəşfiyyat rəsmisinin sözlərinə görə, Livana peycer göndərilməsi yayda artıb və minlərlə peycer ölkəyə gəlib. Həmin qurğular Hizbullah zabitləri və onların müttəfiqləri arasında paylanıb. Bunlar Hizbullah üçün təhlükəsiz rabitə vasitələri və vaxtı gələndə İsraildəki kəşfiyyatçılar üçün basıla bilən “düymələr” olub.