Avropa Parlamenti noyabrda müzakirələrə başlaya bilər
Noyabrın 1-də Avropa Parlamenti Avropa Komissiyasının üzvlüyünə namizədlərlə bağlı müzakirələrə başlaya bilər.
SeherXeber.org xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqındakı (Aİ) mənbə məlumat verib.
“Biz dinləmələrə mümkün qədər tez başlamaqda maraqlıyıq, lakin bu, bir çox amillərdən, o cümlədən ABŞ-dəki prezident seçkiləri kimi xarici amillərdən də asılı ola bilər. Biz bu amili nəzərə alır və hadisələrin inkişafını izləyirik”, – o qeyd edib.
Mənbə əlavə edib ki, dinləmələrin vaxtı həm də Avropa Parlamentinin onları təşkil etmək üçün konkret imkanlarından asılıdır.