Eyni şirkətin 2 süni intellekt layihəsinin müqayisəsi: hansı daha faydalı və effektiv olacaq?
Eyni şirkətin 2 süni intellekt layihəsinin müqayisəsi: hansı daha faydalı və effektiv olacaq ?
Azərbaycan və Qazaxıstan Birləşmiş Ərəb Əmirliklərinə məxsus süni intellekt şirkəti olan Presight AI ilə iş birliyi qurub.
1. Bir neçə gün öncə, COP29 çərçivəsində SOCAR və BƏƏ-nin Presight AI və Esyasoft Holding şirkətlərinin birgə müəssisəsi olan IntelliGrid arasında 13 illik əməkdaşlıq çərçivəsində yeni müqavilə imzalanıb.
Xatırladıram ki, süni intellekt sahəsində dünyanın ən tanınmış şirkətlərindən biri də Presight AI şirkətidir. Düşünmək olar ki, bu prosesdə də əsas aparıcılıq Presight AI şirkətinə məxsus olacaq.
Bu müqavilə Azərbaycanda süni intellekt əsasında Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin yaradılamsını, şəbəkənin modernləşdirilməsini, texnologiyaların tətbiqi ilə qaz itkilərinin və emissiyaların azaldımasını nəzərdə tutur.
Layihənin ümumi dəyəri 480 milyon dollar təşkil edir. (Layihə haqqında fikirlərimi, ola biləcək riskləri ötən günlər açıqlamışam)
2. Cari ilin əvvəlində, fevral ayında Qazaxıstanla Presight AI arasında Superkompüter Mərkəzinin və müvafiq Data Mərkəzin qurulması haqqında müqavilə imzalanıb. Rəsmi açıqlanmasa da, layihənin dəyərinin 60 milyon dollar olduğu bildirilirdi.
Torpaq sahəsinin ayrılması və enerji təminatını Qazaxıstan tərəfi, maliyyəni isə Presight AI şirkəti öz üzərinə götürüb.
Layihənin məqsədi Qazaxıstanda dövlət, özəl və elm sektoruna məxsus süni intellekt həlləri üçün əlçatan bir Mərkəzin formalaşdırılmasını nəzərdə tutur.
Yerli və xarici şirkətlərin, dövlət və elm sektorunun araşdırmalar və tədqiqatları üçün, süni intellekt həllərinin tətbiqi üçün bu superkompüterin gücündən və Data Mərkəzin resurslarından istifadəsi nəzərdə tutulub.
Əsasən bu ölkənin rəqəmsal hökumət infrastrukturu çərçivəsində reallaşdırılacaq.
Bildiyim qədər ABŞ-dan çiplərin alınması ilə bağlı problem olduğundan layihənin reallaşması ləngiyir.
Süni intellekt əsaslı hər iki layihə mühüm əhəmiyyət kəsb edir.
Bu iki layihənin görəsən hansı daha faydalı və davamlı olacaq?
Osman Gündüz, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti
SeherXeber.org