Tanınmış generalın oğluna yüksək vəzifə verildi - Foto



 

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub. 

SeherXeber.org xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmət rəisinin müşaviri təyin edilib.

Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.

Xatırladaq ki, uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış Aydın Qasımov Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.