Baş nazirin proqnozu: "Ukraynada müharibə 2025-ci ildə bitəcək"
"Ukraynada döyüşlər 2025-ci ildə başa çatacaq və bundan sonra Gürcüstanın xarici tərəfdaşlarla münasibətləri yaxşılaşmağa başlayacaq".
SeherXeber.org xəbər verir ki, belə bir proqnozla Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxış edib.
“Bizim proqnozumuza gəlincə, Ukraynada müharibənin gələn il başa çatması ehtimalı daha yüksəkdir. Buna görə də gələn ildən Gürcüstan hakimiyyəti ilə tərəfdaşlarımız arasında münasibətlər keyfiyyətcə yaxşılaşacaq. Bu, əlbəttə ki, çox vacibdir. Çünki iqtisadiyyatın inkişafı üçün bu lazımdır”, - Kobaxidze bildirib.