İran prezidenti Pezeşkian ABŞ-yə gedir



 

İranın yeni prezidenti Məsud Pezeşkian bazar günü ABŞ-yə səfər edəcək.

SeherXeber.org xəbər verir ki, Pezeşkian sentyabrın 22-də BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək.

İran prezidentinin BMT Baş Assambleyasında çıxışı da nəzərdə tutulub. Onun çıxışı sentyabrın 24-nə planlaşdırılıb.