Çempionlar Liqası yeni formatla başlayır: Bu gün hansı oyunlar var?



 

2024/25 mövsümdən yeni formatda keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura start veriləcək.

SeherXeber.org xəbər verir ki, azarkeşlər bu gün 6 qarşılaşmanın şahidi olacaqlar.

Maraqlı görüşlərdən biri İtaliyada reallaşacaq. Milanın eyniadlı təmsilçisi doğma meydanda "Liverpul" ilə görüşəcək. 

İspaniya təmsilçisi "Real Madrid" Almaniyanın "Ştutqart" klubunu qəbul edəcək. Almaniyanın digər təmsilçisi "Bavariya" isə evdə Zaqreb "Dinamo"su ilə oynayacaq.

 

Çempionlar Liqası

Liqa mərhələsi

17 sentyabr

I tur

Yuventus (İtaliya) - PSV (Niderland)

Yanq Boys (İsveçrə) - Aston Villa (İngiltərə)

Bavariya (Almaniya) - Dinamo (Zaqreb, Xorvatiya)

Milan (İtaliya) - Liverpul (İngiltərə)

Real Madrid (İspaniya) - Ştutqart (Almaniya)

Sportinq" (Portuqaliya) - Lill (Fransa)

Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.