Baydendən Trampa "Tezliklə sağal" zəngi



 

ABŞ prezidenti Co Bayden sui-qəsd cəhdinə məruz qalan ABŞ-nin keçmiş prezidenti Donald Trampa zəng edib.

SeherXeber.org xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Prezident Bayden keçmiş prezident Trampla telefonla danışıb və onun yaxşı olduğundan məmnunluğunu ifadə edib. İki şəxs səmimi söhbət edib və keçmiş prezident Tramp da telefon danışığına görə Baydenə təşəkkür edib", - məlumatda deyilir.

Mürtəza
SeherXeber.org