Peyvənd olunanlar idman edə bilərmi?



 

COVID-19-a qarşı peyvənddən sonra bir-iki gün idmanla məşğul olmaqdan çəkinmək və spirt içki qəbulunu məhdudlaşdırmaq lazımdır.

“İnterfaks” xəbər verir ki, bunu Moskva Səhiyyə Departamentinin əməkdaşı Aleksey Bezımyannıy deyib.

“Əslində, peyvənd heç bir ciddi məhdudiyyət nəzərdə tutmur və əlbəttə ki, burada biz həkimlərin həmişə xəstələrə verdiyi tövsiyələr var. Peyvənd vurulandan sonra bir neçə gün spirtli içkidən uzaq durmaq lazımdır. Vaksinasiya olunduğu və ondan sonrakı gün idmanla məşğul olmaq olmaz”.

Mütəxəssis bildirib ki, peyvənd qidalanma və həyat tərzində dəyişikliklərlə bağlı başqa tövsiyələri nəzərdə tutmur.

Bezımyannıy əlavə edib ki, peyvəndləmə sağlam həyat tərzinə başlamaq üçün əlavə təşviq kimi qəbul edilməlidir.