Qazaxıstanda onlarla insan qarın əsarətində qaldı - VİDEO



 

Qazaxıstanda qar əsl təbii fəlakətə çevrilib.

Belə ki, onlarla insan yollarda qarın əsarətində qalıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, gün ərzində qar yığınından 29 nəfər xilas edilib, 10 minik avtomobili, yük maşını və bir avtobus yedəklənib.

Ümumilikdə paytaxt Nursultan və 11 vilayətdə qasırğa xəbərdarlığı edilib. Ölkənin beş regionunda respublika əhəmiyyətli doqquz yol bağlanıb.

Qapalı yol hissələrində təxliyyə üçün 108 istilik məntəqəsi hazırlanıb.