Trampın qızının və kürəkəninin gəlirləri azalıb



 

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka və əri Cared Kuşner 2020-ci ildə gəlirlərinin əhəmiyyətli hissəsini itiriblər.

“Bloomberg” bu barədə sənədlərə istinadla xəbər yayır.

Cütlük 2020-ci il və 2021-ci ilin ilk 20 günü üçün ümumi gəlirlərinin təxminən 120 milyon dollar olduğunu bildiriblər.

Bu, çox böyük bir məbləğ olsa da, keçən ilin eyni dövrünə görə 20 faizdən çox zərər deməkdir – həmin dövrdə İvanka və Kuşner 156 milyon dollar qazamışdılar.

Cütlüyün son dərəcə zəngin olmasına baxmayaraq, İ.Trampın atasının administrasiyadakı işlərinə görə maddi cəhətdən çox əziyyət çəkdiyi qeyd olunur.