Gənc deputat karantin qaydasını pozub toy edənlər haqda: “Bu, hər kəs üçün dərs olmalıdır!”



 

“Karantin qaydaları hər kəs üçündür. Kasıb, varlı, müəllim, deputat, həkim, iqtidar, müxalifət, taksi sürücüsü, fərqi yoxdur. Hüquq-mühafizə orqanları karantin qaydasını pozur deyə, bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz”.

Oxu.Az xəbər verir ki, bu fikirləri millət vəkili Nurlan Həsənov şəxsi “Facebook” hesabında yazıb.

O bildirib ki, bu gün karantin qaydalarını pozan bəzi tanınmış şəxslər cərimələnirsə, hətta inzibati qaydada həbs edilirsə, bu, hər kəs üçün ciddi dərs olmalıdır:

“Toy qadağası davam edir və bu, hər kəs üçün belədir. Baş verənlər dövlətimiz, hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və heç kəsə xüsusi imtiyaz verilmədiyini və verilməyəciyini bir daha göstərir. Bəlkə də artıq bu kimi hadisələrdə cəmiyyət olaraq təəcüblənməməyi öyrənməyə başlamalıyıq. Hər kəs qanun qarşısında bərabər olmalıdır. Doğru olanda budur”.