Bakıda qadını maşın vurdu
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində baş verib.
1961-ci il təvəllüdlü Əliyeva Sevinc Tanrıverdi qızını avtomobil vurub. Yaralı sınıq xəsarətləri ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Fakt üzrə Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.