Binədə ağır qəza: İki nəfər xəstəxanalıq oldu
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Ağayev Anar Asif oğlu və Ataş adlı şəxs xəsarət alıblar.
Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.