Şəmkirdə ev, Bakıda maşın yanıb



 

Şəmkir rayonunda 2 otaqlı ev yanıb.

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, rayonun Keçili kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 15 m² sahədə və 1 ədəd soyuducu yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin Bakı şəhərinin Yasamal rayonunda “Mercedes” markalı minik avtomobilinin salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.