Aİ nümayəndəsi: "Bakı-Tbilisi-Qars nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcək"

 



 

"Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsi müttəfiq ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcək".
  APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. O bildirib ki, yeni layihə sürətli ticarət imkanları yaradır: “Dəmir yolları da digər yollar kimi daha yaxşı əlaqə, daha çox sərnişin, daha çox səyahət imkanı yaradır. Bu da noyabrda baş tutacaq “Şərq tərəfdaşlığı” sammitinin əsas müzakirə mövzularından biri olacaq”.