Sahib Məmmədov sabiq sədr Səttar Möhbalıyevin AHİK-də yaratdığı çeteni dağıdacaq, yoxsa onlara qoşulacaq?



 

Azərbayan Həmkarlar İttifaqları Konfederasiyanın 26 avqust 2024-cü il tarixdə keçirilən qurultayında təşkilata yeni sədr seçilən İqtisadiyyat naziri Mikayıl Cabbarovun müavini Sahib Məmmədovun işi heç də asan deyil.

AHİK-i ailə şirkətinə çevirən, hazırda MM-də guya millət vəkili kimi deputat kimi fəaliyyət göstərən, MM-in ilk toplantısında cənab Prezidentin çıxışı zamanı xorna vurub yatan sabiq sədr Səttar Möhbalıyev indi keçmiş əyyamın xiffətini çəkdiyi deyilir.

AHİK-in yeni sədri Sahib Məmmədovun sədr seçilməsinin 100 günü hələ tamam olmadığına görə, (26 noyabrda tamam olacaq) onun fəaliyyətinə qiymət verməyə tələsmirik. Amma bir şey qeyd etmək lazımdır ki, yeni AHİK sədri Sahib Məmmədov bu günə qədər xeyli iş görüb. Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyevanı AHİK-in Beynəlxalq əlaqələr departamentinin müdiri vəzifəsindən azad edib. Eyni zamanda Səttar Möhbalıyevin qızını sədrin köməkçi vəzifəsindən çıxarıb, bundan başqa, AHİK-ə məxsus olan 11 avtomobili keçmiş sədrin yaxın qohumlarından geri alıb. 

Xalq gözləyir ki, görəsən, yeni sədr AHİK-in sabiq sədri Səttar Möhbalıyevin 31 il ərzində vəzifədən sui-istifadə edib, mənimsədiyi milyardlarla manat həmkarlara məxsus olan pulları nə zaman sahibinə geri qaytarılacaq və sabiq sədrin törətdiyi çoxsaylı ağır cinayətlərə nə zaman hüquqi qiymət veriləcək?

Gəlin gözləyək, görək, Sahib Məmmədov sabiq sədr Səttar Möhbalıyevin AHİK-də yaratdığı çeteni dağıdacaq, yoxsa onlara qoşulacaq?

Məğrur
Patalel.az