İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun ətrafına yeni zərbələr endirib.
SeherXeber.org “Report”a istinadən xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, növbəti hücumlar seriyasının hədəfləri yenə də Dahiya rayonunda yerləşən “Hizbullah” təşkilatının obyektləri olub.
Qeyd olunub ki, mülki tikililərin arasında qəsdən yerləşdirilmiş komanda məntəqələri və digər hərbi infrastruktur obyektləri bombardman edilib.
Orduda bildiriblər ki, zərbələr endirilməzdən əvvəl mülki şəxslərə ziyan vurulması riskini azaltmaq üçün “çoxsaylı tədbirlər” görülüb.