G7-dən Rusiya-Ukrayna müharibəsi ilə bağlı bəyanat



 

G7-nin sədri İtaliyanın Baş naziri Corciya Meloninin təşəbbüsü ilə G7 ölkələrinin liderləri Rusiya-Ukraynaya müharibəsinin başlamasının mininci günü ilə əlaqədar bəyanat qəbul ediblər.

SeherXeber.org xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının məlumatında bildirilib.

Məlumata görə, bəyanatda G7 liderləri rəsmi Kiyevə daimi dəstəyi yeniləyib, Ukraynanın suverenliyi, azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və yenidən qurulması uğrunda apardığı mübarizəyə töhfə verməkdə həmrəylik ifadə ediblər.