“Bunu kim desə, səhv edəcək” - Vitse-spiker



 

Vitse-spiker Valeh Ələsgərov Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" qanun layihəsinin müzakirəsi zamanı sözügedən sazişin kapital tutumu haqqında məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, deputat Vahid Əhmədovun sualını cavablandıran V. Ələsgərov qeyd edib ki, indidən kapital xərcləri haqqında dəqiq rəqəm demək çox çətindir: “Bunu kim desə, səhv edəcək. Çünki yatağın işlənməmiş hissəsində işlər aparılacaq. Bu layihənin kapital tutumu 33 milyard da, 28 milyard da ola bilər. Dəqiq rəqəm işlər görülüb bitəndən sonra müəyyən olunacaq”. 

O həmçinin xatırladıb ki, Azərbaycanın indiyə kimi bu layihədən qazandıqlarını  bir dövlət belə  layihələrdən almayıb: “Həm mənfəət, həm də işçi baxımından deyirəm”. 

 Günel Türksoy