Hafiz Məmmədov yazır: "Onlar milyardları belə taladılar"
Haqqin.az portalında dərc edilmiş silsilə məqalələr, hansıları ki, şərti olaraq “Hafka bank sistemindəki Mütəşəkkil Cinayətkar Qrupa qarşı" sərlövhəsi altında ümumiləşdirmək olar, ölkə ictimaiyyətinin xüsusi diqqətini cəlb edib.
Virtualaz.org xatırladır ki, həmin yazılarda söhbət bir neçə yüksək vəzifəli məmurun mütəşəkkil cinayətkar qrup yaratmasından, sənədləri saxtalaşdırmaq yolu ilə və reyder basqınları təşkil etməklə, həmçinin xidməti vəzifədən sui-istifadə vasitəsilə işgüzar dairələrdə “Hafka” adı ilə məşhur olan sahibkar Hafiz Məmmədovu necə iflasa uğratmalarından gedirdi. Hələ iki il əvvəl onun başçılıq etdiyi və çiçəklənən Baghlan Group (BG) şirkətlər qrupu demək olar ki, bütün aktivlərdən məhrum oldu, onun Bank of Azerbaijan-ı az qala bütün partnyorlarına və əmanətçilərinə borclu qaldı. Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollara qədər sərmayə qoymuş sahibkar özü isə (yeri gəlmişkən, heç bir azərbaycanlı bu günə kimi belə bir addımı ilə öyünə bilməz) onun üçün məxsusi olaraq qurulmuş borc tələsinə düşdü.
Bütün bunlar necə, kimlərin təşkilatçılığı və iştirakı, hansı üsul və vasitələrlə aparılıb və nə ilə nəticələnib? Bu gün artıq bu mövzunu Hafiz Məmmədov özü davam etdirir. Biznesmenin haqqin.az-da dərc olunmuş sensasiyalı məktubu ilə bu linkdən tanış ola bilərsiniz.
Hafiz Məmmədov məktubunda yazır ki, keçmiş biznes ortaqlarının və məhkəmə orqanlarının mənəvi, maddi təzyiqləri altındadır. Keçmiş ortaqları onun “Bank of Azerbaijan” bankını axırıncı qəpiyinə qədər soyublar və “Hafka”nın üzərinə yüz milyonlarla dollar borc yükləyiblər.
“İndi onlar rəsmi orqanları da işə qoşublar. Mənim keçmiş partnyorun Cahangir Hacıyev öz işini görüb getdi, indi qalanları ayaqlarımın altını qazmaqda davam edirlər”-müflis biznesmen yazır.
“Hafka” xatırladır ki, prezidentin 2015-ci il 15 iyul tarixli sərəncamı əsasında Beynəlxalq Bankın problemi aktivləri “Aqrarkredit” ASC-yə verilib. Bura bu və ya digər formada H.Məmmmədovun adı ilə bağlı olan kreditlər də daxildir, hansı ki, onların həcmi faizlərlə birlikdə 772.5 milyon manata çatır. “Lakin bu məbləğ düzgün hesablanmayıb. Bunu “Baghlan Group”un Beynəlxalq Banka olan kredit borclarının “Aqararkredit” QSC-yə ötürülməsini əks etdirən cədvəl də təsdiqləyir”-o yazır.
Həmin cədbəldən məlum olur ki, “Hafka”nın borclarının ümumi məbləğindən bir hissəsi-112.1 milyon dollar və 3.6 milyon avro “Heaney Assets Corporation” adlı şirkətin adınadır. Hansı ki, həmin şirkətin uzaqdan-yaxından “Hafka” ilə heç bir bağlılığı yoxdur. Bu, “Canik”ə bağlı şirkətdir və 2013-cü ilin fevralında offşorlarda təsis edilib. Rusiyada vergi qeydiyyatından keçib.
Bu şirkətin qeydiyyatdan keçməsindən bir neçə ay sonra-iyunun 19-da Canik və “Hafka”nın digər “ümumi dostları” onu məcbur ediblər ki, “Bahar Operating Company” əməliyyat şirkətinin (“Bahar” və “Qum dəniz” yataqlarını istismar edir) prezidenti, eyni zamanda direktorlar şurasının sədri vəzifəsindən imtina etsin.
“Məni əməliyyat şirkətinin direktoru vəzifəsindən kənarlaşdırandan sonra “Canik” asanlıqla “Baghlan Group”un “Bahar Energy” layihəsindəki payını əlindən aldı. Və cəmi 27 gün sonra Azərbaycan Beynəlxalq Bankı C.Hacıyevə bağlı “Heaney Assets Corporation” şirkətini səxavətlə kreditləşdirməyə başladı. Bunun sayəsində şirkət “Bahar” və “Qum dəniz” yataqlarının işlənməsində 7.4 faizlə pay sahibi oldu. Bu cür ustalıqla, cinayətkar yollarla “Canik” bu perspektivli layihəni əlimdən aldı. Və bu nəinki mənim layihədəki payımın əldən çıxmasına, eləcə də “Baghlan Group”un digər aktivlərinin itirilməsinə gətirib çıxardı”-“Hafka” yazır.
Məktubda bildirilir ki, “Canik” o vaxt yeni qeydiyyatdan keçmiş “Heaney” şirkətinə cəmi 27 günün içində “MBA-Moskva” törəmə bankı üzərindən 105.2 milyon dollar və 3 milyon avro kredit verib. Kreditlərin verilməsi üçün heç bir girov alınmayıb, pullar kağız üzərində mövcud olan şirkətin adi veksellərinə dəyişdirilib. Hansı ki, bu veksellərin üzərində heç şirkətin möhürü də olmayıb. Veksellərin alqı-satqısı haqda müqaviləni “MBA-Moskva” bankı ilə Əbdürrəhman Vəzirovun qohumu Zaur İsazadə imzalayıb.
“Və Beynəlxalq Bankın problemli kreditlərinin “Aaqrarkredit”ə verilməsi zamanı nəyə görəsə “Heaney Assets Corporation” şirkətinin həmin borclarını da faizləri ilə birlikdə mənim ayağıma yazıblar”-Hafiz Məmmədov bildirir.
“Hafka” onu da yazır ki, C.Hacıyev öz şirkətinə krediti illik cəmi 5.5 faizlə verib. “Hafka2ya isə kredit “hörmət əlaməti olaraq” illik 12-18 faizlə verilirdi. “Hafka” yazır ki, Beynəlxalq Bank “Canik”in şirkətini səxavətlə maliyyələşdirdiyi halda həmin vaxt ona “Bahar Energy” layihəsindəki payını maliyyələşdirmək üçün təcili lazım olan 6 milyon dolları vermədi. Hansı ki, həmin məbləğ layihənin tam işə düşməsi üçün kifayət idi.
“Bu gün mənə tam bəllidir ki, “Canik”in “Heaney” şirkətinə ayırdığı kreditlər təkcə “Bahar” yatağının maliyyələşdirilməsinə deyil, onun Albaniyadakı layihəsinə də yönəldilib. Bu sxem mənim fikrimcə hüquq-mühafizə orqanlarını maraqlandırmalıdır. Çünki həmin məbləğin 45.9 milyon dolları və 2.4 milyon avrosu Albaniyaya köçürülüb. Bu pullar “Canik”in qalmaqallı Albaniya milyonları ilə əlaqəlidir. Pulun 59.4 milyon dollar və 1 milyon avroluq hissəsini isə “Canik” birbaşa və ya dolayısı ilə “Bahar Energy”yə yönəltdi. Daha dəqiqi pulların 29 milyon dollarını “Canik” “Baghlan Group”un törəmə şirkəti “Baghlan Group BVİ”nin buraxdığı avrobondların alınmasına sərf elədi. Beləliklə də Hacıyev akselerasiya elan etmək, yaxud bank dilində desək şirkətin buraxdığı bütün avrobondların dərhal ödənilməsini tələb etmək hüququ qazandı. C.Hacıyev daha 21 milyon dolları bizim layihədəki keçmiş tərəfdaşımız “Greenfild Petrolium”a verdi. Və məni layihədən faktiki kənarlaşdırdı. Ona görə də mən həmin şirkətlərin maliyyə öhdəliklərinə görə heç cür cavabdeh ola bilmərəm. Bu, gülməli vəziyyətdir-pulları “Heaney” alır, ancaq ödəyən mən oluram?”-“Hafka” yazır.