Bir stəkan şirin içkinin əvəzinə fındıq yeyin, ömrünüz uzansın
Gündəlik qida rasionunda kiçik dəyişikliklər etmək insan ömrünü uzada bilər.
“Qafqazinfo”nunTrend-ə istinadən məlumatına görə, bir qrup amerikalı mütəxəssis bu qənaətə gəlib.
Mütəxəssislər 12 il ərzində 74 min nəfər üzərində müşahidə aparıb.
Məlum olub ki, rasionun keyfiyyətinin bir qədər yüksəldilməsi erkən ölüm riskini 17 faizədək azaldır. Məsələn, gün ərzində bir stəkan şirin içkinin bir miqdar fındıqla əvəz olunması ömrü uzadır.
Bundan başqa, bioloji təmiz məhsullarla, daha çox meyvə-tərəvəzlə qidalanmaq, gündəlik yuxu normasının təmin edilməsi, qapalı məkanda az olmaq, açıq havada daha çox gəzmək və təbii ki, gülmək insan ölümünü uzadan faktorlardır.