Bacısını əri ilə tutdu, 68 bıçaq zərbəsi ilə öldürdü - 22 il həbs verildi



 

1 il öncə İngiltərənin Luton şəhərində Sabah Xan adlı qadın bacısını 68 bıçaq zərbəsi ilə qətlə yetirmişdi.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cinayət işi ilə bağlı aparılan məhkəmə yekunlaşıb və ona 22 il həbs cəzası verilib.

Hadisənin təfərrüatına gəlincə, Sabah ərinin onu öz bacısı Sayma Xanla aldatdığını görüb. Öncə bacısını zəhərləyərək öldürmək istəyib, sonra fikrini dəyişib.

Növbəti dəfə ərini və bacısını cinsi əlaqədə görən zaman otağa girib və bacısını 68 bıçaq zərbəsi ilə qətlə yetirib.

Polislər hadisə yerinə gələndə Sabah “oğrular edib” deyərək cinayəti boynundan atmaq istəsə də, daha sonra əməlini etiraf edib.

Fotoda Sayma Xan