Ərdoğan 17 səfiri geri çağırdı, 21 səfir təyin etdi - Siyahı
Türkiyədə müxtəlif ölkələrdəki səfirlərin yerdəyişməsi və geri çağırılması ilə bağlı qərar yayımlanıb.
“Qafqazinfo” “Resmi Gazete”yə istinadən xəbər verir ki, 17 ölkədən səfirlər çağırılıb.
Onlardan bəziləri başqa ölkəyə göndərilib, bəziləri isə Türkiyə Xarici İşlər Nazirliyində başqa vəzifələrə təyin ediliblər.
Ümumilikdə isə 20 ölkəyə yeni səfir, həmçinin, BMT-nin Vayanadakı Ofisinə Türkiyənin daimi nümayəndəsi və səlahiyyətli səfiri təyin edilib.