Prezidentin köməkçisi “Euronews”u Azərbaycandakı qaçqın böhranına diqqət yetirməməkdə günahlandırıb



 

“Euronews” bir neçə gün bundan öncə Myanmada baş verən hadisələri müasir zamanın ən böyük qaçqın böhranı adlandırıb. Bu, çox yaxşıdır və düzdür”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb.

 “Amma Avropada özünü ən çox baxılan, tarazlı, neytral, müstəqil və ədalətli hesab edən telekanal Azərbaycanda ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində baş vermiş qaçqın böhranı (bir milyondan artıq insan) haqda bir dəfə də olsun fikir söyləməyib”, - deyə o vurğulayıb.