Sevgilisinin anasını öldürdü, 10 il həbs istənilir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin anasını baltalayaraq öldürməkdə təqsirləndirilən Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə cəza istənilib.
Dövlət ittihamçısı çıxış edərək S.Hacıəliyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi noyabrın 2-də davam etdiriləcək.
İttihama görə, 31 yaşlı S.Hacıəliyev yaşadığı Xaçmaz rayonunun Şimali kəndində sevgilisinin 47 yaşlı anası Gülnaz Sultanova ilə münasibətləri yaranıb. Onunla bir neçə dəfə cinsi əlaqədə olub. Bir gün Gülnazla içki məclisində mübahisələri düşüb və onu balta ilə vuraraq öldürüb. Ondan öncəki 4 il ərzində həm də G.Sultanovanın qızı Reyhanə ilə sevgili olub.
Murad Əhməd