AZƏRBAYCANIN QANUNLARINI HEÇƏ SAYAN MƏKTƏB DİREKTORU VİDEO
Təhsil qanununa görə icbari təhsil 9-illikdir. Yəni 9-cu sinfi bitirəndən sonra atestat şagirdə verilməlidir. Şagird istəyər oxuyar, istəməz oxumaz. TEREF.İNFO-ya şikayət məktubu ilə Ruhəngiz Qasımova müraciət edib. Uşağımın atestataını məktəb direktoru Gülşən Əliyeva vermir. Araşdırma zamanı qəribə faktla qarşılaşdıq. Məktəbdə 1 sinif açmaq üçün məktəbin direktoru 500 manat pul ödəyir təhsil nazirliyinə. Əgər yeni açılan sinifdə 1 uşaq çatmazsa sinfi bağlayırlar.
Bizim başı bəlalı şagird İlahə Zərbalıyeva 500 manatın badına gedib. İlahə artıq 1 aydır ki, məktəbə gəlmədiyi halda 281 saylı məktəbin direktoru Gülşən Əliyeva İlahənin atestatını vermir. Məktəblər açılmazdan qabaq atestatı almağa gedən şagirdə atestatı uzadıb ki, bax və sonra da əlindən alıb ki, get dərs başlayanda gələrsən məktəbə. Maraqlıdır məktəbin direktoru nə haqla şagirdə məktəbə gəl deyir? Marağı nədir? Anası nə qədər xahiş edibsə deyib ki, sən təhsil nazirliyinə getsən belə mən sənin uşağının atestatını verməyəcəm. Əlacsız qalan Ruhəngiz Qasımova bu dəfə üz tutur təhsil nazirliyinə. Orada onu 2 saat gözlətdikdən sonra, - bir vərəq kağızda get bu sənədləri gətir sonra gəl. Çar-naçar qalan ana bu dəfə bələdiyyədən arayış, özlərinin pasportların kopyasını, qızının doğum haqqında şəhadətnamənin kopyasını və bir ərizə də yazaraq bildirib ki, mən uşağımı oxutmaq istəmirəm. Bütün bunlardan sonra yenə üz tutur Təhsil nazirliyinə. 3 saat ayaqüstə gözləyən ana onu kimin qəbl eəcəyini polisdən soruşur.
Polis,-sizi Səadət xanım qəbul edəcək.
Valideyn nə qədər bilmək istəyir ki Səadət xanım burada nə işə baxır, kimsədən bir cavab ala bilmir. Nəhayətdə Səadət xanım qəbula gələn bütün valideynləri nazirliyin muzey zalında qəbul edir. Ana bu dəfə Səadət xanıma sizin soyadınızı bilmək olar.
Səadət xanım isə:- eləcə Səadət xanım soyadımı neynirsən,-deyir.Uşağın atestatını isə biz sizə verməyəcəyik, qoy getsin oxusun.
Bu işin möcüzəli tərəfi məktəbin direktoru anaya- "hara gedirsən get,mən sənə atestat verməyəcəm. Təhsil nazirliyində də tapşıracam, atestatını verməyəcəklər!"-demsidir.
Teref.info-ya müraciət edən anaya inanmadım və bu dəfə onunla Gülşən Əliyevanın qəbuluna getdim və "təhsil qanununa görə icbari təhsil 9-illikdir, siz nə haqıla uşağın atestatını vermirsiniz. Məgər ana uşağının bu məktəbdə oxuması üçün sizə müraciət edib? Siz niyə uşaq 1 aydır məktəbə gəlmədiyi halda onun atestatını özünüzdə saxlayırsınız?"- deyə sulla müraciət etdim.
Cavabı bu oldu ki, o uşağı bizim məktəbdən çıxardıb başqa məktəbə qoymaq istəyir. Mən təkidlə:
- Axı bu sizin işiniz deyil, valideyn özü bilər.
İnanılmaz cavab eşitdim,
-Mən sizi məhkəməyə verəcəm.
Mən bu dəfə 102 xidmətinə zəng vurub hadisəni danışdım. Vətəndaşın hüquqlarını pozan məktəb direktorundan İlahə Zərbalıyevanın atestatını almaqda kömək etsinlər. Telefonun o biri tərəfindən səs cavab verdi - "Biz belə işlərə baxmırıq təhsil nazirliyinin qaynar xəttinə zəng edin."
Bu dəfə təhsil nazirliyinin qaynar xəttinə zəng etdim. Ancaq oradan robotun səsini təkrar-təkrar azərbaycan dili üçün 1 düyməsini basın. 1 düyməsini basmağımın heç bir əhəmiyəti olmadı. Robot isə lazımsız sözləri sadalamaqda davam edirdi.
İndi məndə bilmirəm ki, bu qadına və uşağna necə kömək edim. Azərbaycan Respublikasının qanunlarını tanımayan məktəb direktoru ilə kim bacaracaq hələ bilmirəm. Mənə isə sadəcə qələmə almaq qaldı.
Taviyə Ağasiyeva