Nəcməddin Sadıkov Baş Qərargah rəislərinin Vaşinqtonda keçirilən görüşündə iştirak edib
ABŞ paytaxtı Vaşinqtonda “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda görüş keçirilib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşdə Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.