Bill Qeyts məktəblərə 1,7 milyard yatırım edəcək



 

ABŞ-ın milyarder, “Microsoft” korporasiyasının yaradıcısı Bill Qeyts amerika məktəblərinə 1,7 milyard dollar həcmində yatırım etmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qəzetin məlumatına görə, ayrılan məbləğ təhsildə yeni yanaşmanın inkişafı və testində maraqlı olan məktəblərə ayrılacaq.

“Hər bir tələbə bazarda uğur əldə etmək üçün mükəmməl dövlət təhsili və ali təhsil almalıdır”,- deyə Qeyts söyləyib.

Qeyd edək ki, Bill Qeyts indiyə kimi xeyriyyə işlərinə 35 milyard dollar pul xərcləyib.