Ukraynada deputatlar işə parik, taxma bığla gedirlər - Mitinqə görə



 

Ali Rada qarşısında davam edən etiraz aksiyalarından sonra deputatlar işə parik, taxma bığlarla gedirlər.

“Qafqazinfo” xəbər verir ki,bu barədə Ukraynanın Vesti saytı yazır. Bundan başqa, deputatlar etirazçıların əlinə keçməmək üçün yeraltı tunellərdən istifadə edirlər. Etirazçıların əlinə keçən deputatlar –Aleksey Qonçarenko, Oleq Barna və Yuliy Mamçurun xəsarət aldığı bildirilir. 

Deputat Sergey Kaplinin sözlərinə görə, nümayişlərin ilk günü Radada deputat Oleq Lyaşkonu tanınmaz halda görüblər: “Bəs siz bilmirdiniz? Lyaşko fərqli görkəmdə gəldi, onu heç kim tanımadı. Bu, zarafat deyil. Pariklər, taxma bığlar, hətta qaşlar. Görünüşü dəyişəcək hər şey”. 

Kaplin iddia edir ki, bəzi deputatlar mühafizəçilərinin sayını artırıblar və silahlanıblar. Eyni zamanda, parlament binasına daxil olmaq üçün yeraltı keçidlərdən istifadə edirlər. Deputatlar özləri ilə birgə tuneldən köməkçilərini də keçirirlər, halbuki əvvəllər belə bir şey yox idi.