Ukraynada biznesmenin qızı piyadaları vurdu - 5 ölü, 6 yaralı+Video



 

Ukraynanın Xarkov şəhərində Lexus markalı avtomobil işıqforun yaşıl işığında gözləyən piyadaları vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Lexus-un sürücüsünün qırmızı işıqda yolu keçmək istəməsi nəticəsində baş verib. Bu zaman digər avtomobillə toqquşan Lexus yol kənarındakı piyadaları vurub. Nəticədə 5 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Yaralılardan biri - yeddi aylıq hamilə qadın hazırda komadadır. 
Artıq piyadaların ölümünə səbəb olan Lexus-un sahibi polis tərəfindən saxlanılıb və məhkəmə haqqında həbs qərarı çıxarıb. 

Məlum olub ki, sürücü yerli biznesmenlərdən olan “Qruppa-Tayfun”un rəhbəri Vasili Zayçevin 20 yaşlı qızı Yelena Zayçevadır.