Usubov Bəylər Eyyubovun qardaşı oğluna yüksək vəzifə verdi



 

Daxili işlər orqanlarında yeni təyinat olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Rövşən Eyyub oğlu Eyyubov Su Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bu təyinata qədər R. Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Rövşən Eyyubov Azərbaycan Respublikası xüsusi dövlət mühafizə xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.