Salyanda maşın 7 yaşlı uşağı vurdu, öldü
Oktyabrın 18-də axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində “Ay işığı” mağazasının qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Əhmədov Ayxan Sabir oğlu mağazadan çıxıb evlərinə getmək istəyərkən onu naməlum, ağ rəngli VAZ-2107 markalı avtomaşın vurub.
Uşaq xəstəanaya gətirilərkən yolda keçinib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən piyadanı vuraraq hadisə yerindən qaçmış sürücünün axtarışı aparılır.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırmalara başlanılıb.