ABŞ-da silahlı hücum - 3 ölü, 2 yaralı + Yenilənir



 

ABŞ-ın Merilend ştatında silahlı şəxs parkda insanlara hücum edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Emmorton parkında baş verən hadisə zamanı 5 nəfər vurulub.

Hücum edən şəxs ərazidən uzaqlaşıb.

Hazırda bölgədə əməliyyat keçirilir.

***

Məlumata görə, silahla vurulan 5 nəfərdən 3-ü ölüb, 2 nəfərin vəziyyəti isə ağırdır.

Hadisənin baş verdiyi parkın yaxınlığındakı 5 məktəbə giriş-çıxışlar bağlanılıb. Cinayətkarın axtarışı davam etdirilir.