Türkiyədə kömür mədənində uçqun, ölənlər var



 

Türkiyənin Şırnak bölgəsində kömür mədənində uçqun olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bədbəxt hadisə zamanı 6 fəhlə ölüb, 1 fəhlə yaralanıb. Daha bir fəhlənin itkin düşdüyü qeyd edilir. Ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi bildirib ki, qəzanın olduğu mədən lisenziyasız fəaliyyət göstərib.

Aysel Kərimova