Almaniya və Braziliya üçün gərgin oyunlar - Necə izləyək?



 

Bu gün dünya çempionatında daha  4 qarşılaşma baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, matçlar F və E qruplarında keçiriləcək.

F qrupunda Meksika  İsveçlə üz-üzə gələcək. Lider olan şimali amerikalılara qrupu birinci başa vurmaq üçün heç-heçə də kifayət edir. İsveçə isə növbəti mərhələdə adlaması digər oyundan asılı olacaq.

Qrupun digər matçında isə Cənubi Koreya və Almaniya üz-üzə gələcək. İsveç kimi Almaniyanın da taleyi təkcə özündən asılı deyil. Lakin  Yoahim Lövün komandası qələbə qazanarsa, böyük ehtimalla 1/8 finala adlayacaq. Cənubi Koreyanın da şansları bitməyib. Onlar da qələbə sayəsində digər oyunun nəticəsindən asılı olaraq son 16 komanda arasına qala bilər.

E qrupunda isə yalnız Kosta-Rika üçün növbəti mərhələ şansları bitib. Onlar yalnız çempionatdan xalla ayrılmaq üçün meydana çıxacaqlar. Kosta-rikalılar İsveçrə üz-üzə gələcək. İsveçrə millisi isə növbəti mərhələ şansları yüksəkdir. Qələbə və ya heç-heçə onları növbəti mərhələyə daşıyacaq. Avropalılar hətta uduzsalar belə, Braziliyanın Serbiyanı üstələyəcəyi halda 1/8 finala adlayacaqlar.

Qrupun digər matçında üz-üzə gələcək Braziliya isə hələlik liderdir. Onları heç-heçə də 1/8 finala çıxmaq üçün qane edir. Serbiya isə heç-heçə edərsə, digər oyunun nəticəsini gözləyəcək. Qələbə isə Serbiyanı 1/8 finala aparacaq.

Dünya çempionatı, 2018

3-cü tur

F qrupu

18:00. Meksika – İsveç (İdman Azərbaycan, İctimai TV, Match TV, TRT Spor)

18:00. Cənubi Koreya – Almaniya (AZTV, TRT1, Match TV)

E qrupu

22:00. Serbiya – Braziliya (idman Azərbaycan, İctimai TV, TRT1, Match TV)

22:00. İsveçrə - Kosta-Rika (AZTV, TRT Spor, Match TV)

Qruplarda son vəziyyətlər belədir: