Somalidə otel qarşısında partlayış - 23 ölü, 15 yaralı



 

Somalinin paytaxtı Moqdişuda şəhərin ən aktiv küçəsində “Safari” otelinin qarşısında bomba ilə yüklənmiş avtomobil partladılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 23 nəfərin öldüyü, 15 nəfərin yaralandığı açıqlanıb.

Partlayışdan sonra otelin bir hissəsi çöküb. Dağıntılar arasında qalanların olduğu bildirilir. Hazırda ərazidə xilasetmə tədbirləri aparılır.

Teraktı hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.