İranda təyyarə qəzası - Ölənlər var
İranın paytaxtı Tehrandakı İmam Xomeyni hava limanı yaxınlığında yüngül mühərrikli təyyarə təlimdə olarkən qəzaya uğrayıb.
“Qafqazinfo” İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Fövqəladə Hallar Qurumunun sözcüsü Müctəba Xalidi məlumat verib.
Onun sözlərinə görə, texniki nasazlıq səbəbindən baş verən qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.