“Kim istəsə gəlsin, görüşək…” - Rahid Əmirquliyev



 

“İnter” – “Qarabağ” oyunundan sonra “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, R.Əmirquliyev milli komandada kapitan kimi çıxdığı Almaniya millisi ilə oyundan himn oxumaması ilə bağlı ona yönələn tənqidlərə cavab verib:

“Mən himni hər zaman oxumuşam və bilirəm. Sadəcə ola bilər ki, hansısa qarışıq epizod düşüb. Kim istəsə gəlsin, görüşək himni onun üçün oxuyum”.