Yunanıstanda 5,1 bal gücündə zəlzələ olub
Yunanıstanın Alonisos adalarında sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli saatla 22:49-da (Bakı vaxtı ilə 02:49-da) Alonisos adalarının Patitiri şəhərindən 31 km şərqdə, 6 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barəsində məlumat daxil olmayıb.