İndoneziyada zəlzələ olub - 4,5 bal
İndoneziyanın Yava adasının sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə məlumat yayıb.
Yeraltı təkanlar Depok şəhərindən 113 km cənubda, 50 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.