Türkiyədə zavodda partlayış, ölənlər var



 

Türkiyədə “Türpaş”da (Neft Emalı Zavodu) partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, İzmirdəki zavodda meydana gələn partlayışda 4 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir. 

"Türpaş"dan bildirilib ki, partlayış çənlərdən birinə texniki baxış zamanı meydana gəlib.