Meşə yanğınları ölkəyə 2 milyard ziyan vurub - 15 ölü, 150 itgin
ABŞ-ın Kaloforniya ştatında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı artıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb. 100 sakin artıq xəstəxanaya yerləşdirilib. Daha 150 nəfərin isə itgin düşdüyü bildirilir.
Yanğınların 600-ə yaxın ev və ya iş yerini əhatə edərək böyük miqdarda zərər vurduğu açıqlanıb.
Artıq 25 min insanın təxliyyə edildiyi və daha 5 min sakinin isə sığınacaqlara yerləşdirildiyi vurğulanıb.
ABŞ-da bu il baş verən yanğınların ölkəyə rekord miqdarda, 2 milyard dollar ziyan vurduğu bildirilib.