Suriyada rus hərbi təyyarəsi düşdü, ekipaj öldü



 

Rusiyanın Su-24 cəbhə bombardmançısı Suriyada Hmeymim aerodromundan uçarkən qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi təyyarənin hərbi tapşırığı yerinə yetirməyə hazırlaşarkən qəzaya düşdüyünü açıqlayıb. Təyyarəni tərk edə bilməyən ekipaj üzvləri isə ölüblər. 

Nazirlik qəzaya səbəb kimi texniki nasazlığın ola biləcəyini göstərib.