İndoneziyada zəlzələ olub - 4,6 bal



 

İndoneziyada 4,6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə məlumat yayıb.

Yeraltı təkanların Maumere şəhərindən 148 km şərqdə, 11 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.