Türkiyədə ağır qəza - 3 ölü, 10 yaralı



 

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, yol qəzası nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya erləşdirilib.

Faktla bağlı araşdırma aparılır.