“Qismət olsa, kubokun finalını Ağdamda keçirərik” - Ramin Musayev
“Ölkə kubokunda yeni mövsümə start verillir. Heç bir komandaya qarşı haqsızlıq ola bilməz”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. Bu gün Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Tədbirdən öncə Musayev bunları deyib:
“Məncə, heç bir komanda bu vaxta qədər narazı qalmayıb. Hər il sürprizlər edirik. Kubokun finalını bölgələrimizdən birində keçirməyi düşünürük. Paytaxtda nə qədər futbol olar? Fikrimdə var idi ki, bu il kubokun finalını Gəncədə keçirək. Amma bəzi problemlər var. Əgər final matçına kimi həmin problemlər həll olunsa, finalı Gəncədə keçirəcəyik. Bizim üçün bütün bölgələr əzizdi. Tovuzdakı stadion süni örtüklüdü. Gəncədə isə təbii örtük yenilənib. Ölkə kubokunun finalını mayın 28-də keçirəcəyik. Qismət olarsa, bir gün finalı Ağdamda keçirərik”.